Vəkillər Kollegiyasının sədri: "Mübahisələrin həlli üçün alternativ yollar arasında məhz arbitraj xüsusi rola və paya malikdir"

Vəkillər Kollegiyasının sədri: "Dünya təcrübəsi göstərir ki, müasir iqtisadiyyatın və qlobal ticarətin inkişafı məhkəmə sisteminin çevikliyindən və mübahisələrin alternativ həlli mexanizmlərinin səmərəliliyindən birbaşa asılıdır".

Bunu Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq konfransında deyib.

Sədr bildirib ki, mübahisələrin həlli üçün alternativ yollar arasında məhz arbitraj xüsusi rola və paya malikdir: "Çünki arbitraj investorlara yaranacaq mübahisələrini öz seçimlərinə əsasən, istədikləri ölkədə, istədikləri qaydalara uyğun olaraq birdəfəlik həll etmək imkanı verir. Bu səbəbdən iqtisadi baxımdan uğurlu siyasət yürüdən dövlətlər öz məhkəmə sistemini təkmilləşdirməklə bərabər, davamlı olaraq ona alternativ yolla da təklif edir, bu istiqamətdə əməli işlər görürlər, yəni, mübahisələrin alternativ həlli sistemini yaradırlar. Bu mənada, Azərbaycan kimi strateji mövqeyə və beynəlxalq əlaqələrə malik bir ölkənin regional arbitraj mərkəzinə çevrilməsi həm tarixi, həm də hüquqi baxımdan tam məntiqlidir".

Tehsil-press.az

Oxşar xəbərlər