ADU-da ”Qarabağ Zəfəri və Türk Dünyası” mövzusunda dəyirmi masa keçirilib

ADU-da ”Qarabağ Zəfəri və Türk Dünyası” mövzusunda dəyirmi masa keçirilib Dekabrın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə ”Qarabağ Zəfəri və Türk Dünyası” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa Azərbaycan xalqının əzəli torpaqlarını işğaldan azad etdiyi şanlı Zəfərin geniş müzakirəsinə və türk birliyinin əhəmiyyətinin vurğulanmasına həsr olunub.

Tədbiri giriş sözü ilə açan Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli tədbirin əhəmiyyətindən danışaraq, Qarabağ Zəfərinin tarixi və siyasi əhəmiyyətini vurğulayıb.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, qeyd edib ki, Qarabağ zəfəri yalnız Azərbaycanın deyil, bütün türk dünyası birliyinin, həmrəyliyinin, mətinliyinin göstəricisidir:

“Qarabağ zəfəri təkcə Şanlı Qələbə deyil, bu Zəfər tarixdə Türk dünyasının birliyini sübut edən bir dönüş nöqtəsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız bu Qələbə türk birliyinin gücünü bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər eyni zamanda, ədalətin bərqərar olmasıdır. Azərbaycan torpaqlarının azad olunması ilə biz yalnız haqqımızı bərpa etmədik, həm də türk birliyinin gücünü göstərdik. Bu birlik hər birimizin gələcəyinə ümid işığıdır.”

Millət vəkili, tibb elmləri doktoru Rəşad Mahmudov çıxışında Qarabağ Zəfərinin təkcə hərbi gücün deyil, həm də siyasi iradənin və xalq birliyinin nəticəsi olduğiunu vurğulayıb. Onun sözlərinə görə bu zəfər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq dəyəridir.

“44 günlük Vətən müharibəsi türk qardaşlığının sarsılmaz təməl üzərində qurulduğunu bir daha sübut etdi. Bu zəfərdə təkcə Azərbaycan deyil, Türkiyə və digər türk dövlətləri bir yumruq kimi bizimlə idi. Həm siyasi, həm də mənəvi cəhətdən həmişə yanımızda olan Türkiyə bu zəfərin hər bir addımında öz dəstəyini göstərdi. Türk birliyi bu qələbə ilə möhkəmləndi və bu gün onun bəhrəsini görürük.”- deyən Millət vəkili Qarabağ zəfərinin türk dünyası üçün əhəmiyyətini vurğuladı. Və bu birliyin türk dünyası üçün strateji addımlarının atılmasının vacibliyini bildirib.

Türkiyənin Milli Müdafiə Universitetinin prorektoru, professor Nurettin Acır çıxışında bildirib ki, bu kimi tədbirlər türk dövlətlərinin birliyini möhkəmləndirməklə yanaşı, Qarabağ zəfərinin beynəlxalq səviyyədə tanınmasına və onun tarixi əhəmiyyətinin təbliğinə xidmət edir.

Türk dövlətləri arasında strateji əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayan Nurettin Acır Qarabağ zəfərinin türk dünyası üçün bir nümunə olduğunu bildirib:

“Azərbaycan Qarabağ Zəfəri Türk dünyası üçün bir qürur mənbəyidir. Bu zəfər yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq uğurudur. Biz bu Qələbə ilə dünya siyasətində yeni bir güc balansı yaratdıq. Türk dövlətlərinin birliyi daha güclü gələcəyin təminatıdır. Bu zəfər həm də bir sübutdur ki, türkün olduğu yerdə ədalət var, güc var, birlik var. Qarabağ Zəfəri bütün Türk dünyasının gləcəyinə ümid qapıları açdı və biz bunu birlikdə qoruyacağıq.”
Tədbir tələbələrin ifasında “Qarabağ Zəfəri”adlı kompazisiya ilə yekunlaşıb.

ADU-da ”Qarabağ Zəfəri və Türk Dünyası” mövzusunda dəyirmi masa keçirilib
ADU-da ”Qarabağ Zəfəri və Türk Dünyası” mövzusunda dəyirmi masa keçirilib
ADU-da ”Qarabağ Zəfəri və Türk Dünyası” mövzusunda dəyirmi masa keçirilib
ADU-da ”Qarabağ Zəfəri və Türk Dünyası” mövzusunda dəyirmi masa keçirilib


Tehsil-press.az

Oxşar xəbərlər