BDU-da Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri ilə görüş

BDU-da Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri ilə görüş Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmir ilə görüşü olub.
Görüşdə E.Babayev son illər BDU-da həyata keçirilən yeniliklər, elm və tədris sahəsində uğurlar, türkdilli dövlətlərlə əlaqələr barədə ətraflı məlumat verib. O qeyd edib ki, BDU digər türkdilli dövlətlərin aparıcı universitetləri ilə yanaşı, qardaş Türkiyənin 20-dən çox universiteti ilə əməkdaşlıq edir.
Rektor qonağı BDU-da jurnalistika təhsili sahəsindəki yeniliklərlə də tanış edib.
Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmir rəhbərlik etdiyi qurumun reallaşdırdığı tədbirlərdən söz açıb. O, bu ilin oktyabrında Türkiyə Cümhuriyyətinin və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileylərinə həsr olunan Türk Dünyası Sənədli Filmlər Festivalının Azərbaycanda təşkilinin planlaşdırıldığını diqqətə çatdırıb. Rəhbərlik etdiyi qurumun Türk Dünyası Ünsiyyət və Sənət Simpoziumu, Türk Dünyası Universitetləri Qısa Film Festivalı kimi tədbirlər keçirəcəyini də qeyd edən M.Dəmir BDU-nun Azərbaycanın ən böyük universiteti kimi bu tədbirlərin reallaşmasında aparıcı rola malik olduğunu bildirib.
Sonra BDU ilə Türk Dünyası Jurnalistlər Federasiyası arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər