Türkiyə fəlakətlə üz- üzə - Ərdoğan açıqladı

Türkiyə fəlakətlə üz- üzə - Ərdoğan açıqladı Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə doğum nisbətinin aşağı səviyyəyə enməsini "mövcud təhlükə" və "fəlakət" adlandırıb.

Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş bu barədə açıqlama verib.

O bildirib ki, dünya üzrə orta göstərici 2,32 olduğu halda, Türkiyədəki rəqəm 1,51-ə enib. "Gənc əhalinin azalması və yaşlıların sayının artması sosial təminat sistemində tarazlığa zərər vurur, işçi qüvvəsində problemlərə səbəb olur və sosial xidmətlər üçün daha böyük büdcə tələb edir," - deyə Göktaş qeyd edib.

Son illərdə evlilik və doğum nisbətləri azalıb. İlk nikah yaşı kişilər üçün 28,3 qadınlar üçün isə 25,7-yə yüksəlib. Doğumların sayı isə 2014-cü ildə 1,35 milyondan 2023-cü ildə 958 minə düşüb.

Prezident Ərdoğan "Əhalinin özünü yeniləmə həddi olan 2,1 səviyyəsinin altındayıq. Bu, Türkiyə üçün ciddi təhlükədir," deyərək ən azı üç uşağın vacibliyini bir daha vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər