Azərbaycanda 3 kredit ittifaqının lisenziyası ləğv olundu

Azərbaycanda 3 kredit ittifaqının lisenziyası ləğv olundu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə Abbas Kredit İttifaqı, Amin Kredit İttifaqı və Azərmaliyyə Kredit İttifaqı MMC-lərin lisenziyası ləğv olunub.

Bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya düşüb.

Xatırladaq ki, adları çəkilən kredit ittifaqları müvafiq olaraq 2003-cü ildə, 1999-cu ildə və 2010-cu ildə yaradılıb. Onların hər üçünün nizamnamə kapitalı 4 000 manatdır. Kredit ittifaqları müvafiq olaraq Qax, Şəmkir və Bakıda fəaliyyət göstərib.

Tehsil-press.az

Oxşar xəbərlər