BDU-nun Yaponiya Fondunun təsis etdiyi “Sakura Şəbəkəsi”nə üzvlük müddəti uzadılıb

BDU-nun Yaponiya Fondunun təsis etdiyi “Sakura Şəbəkəsi”nə üzvlük müddəti uzadılıb Bakı Dövlət Universitetinin (BDU) Yaponiya Fondunun təsis etdiyi  “Sakura Şəbəkəsi”nə (“JF Nihongo Network”) üzvlük müddəti növbəti beş il müddətinə (2025-2029-cü illər) uzadılıb.

Dünya üzrə 356 müəssisəni əhatə edən qlobal  “Sakura Şəbəkəsi” yapon dili təhsilinin keyfiyyətini daha da təkmilləşdirmək və insanların bu dili öyrənmələri üçün geniş imkanlar yaratmaq məqsədilə 2007-ci ildə təşkil olunub. “Sakura Şəbəkəsi” yapon dili təhsilinin regional və ya milli səviyyədə artırılması baxımından mühüm rol oynayır.
Şəbəkənin üzvü olan BDU Yaponiya Fondu tərəfindən təklif edilən müxtəlif layihələrdə iştirak etməklə ölkədə yapon dilinin tədrisinin səviyyəsinin yüksəldilməsi və genişləndirilməsinə təkan verir. Bu isə azərbaycanlı tələbələrdə yapon dilinə böyük maraq və həvəs yaratmaqla yanaşı, onların Yaponiya universitetlərində təhsil almaq imkanlarının artmasına şərait yaradır.

Tehsil-press.az

Oxşar xəbərlər