Azərbaycan Dillər Universitetində (ADU) Yaponiyanın xarici işlər nazirinin Parlamentar müavini xanım Yoşikava Yuuminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla Yaponiya ilə Azərbaycan arasında sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələrin olduğunu, bu əlaqələrin inkişafı və daha da genişləndirilməsi istiqamətində bir sıra zəruri tədbirlər görüldüyünü diqqətə çatdırıb: “Bu gün Yaponiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri var. Bu münasibətlər özünü ən yüksək səviyyədə göstərməkdədir. Elmi və mədəni əməkdaşlıq baxımından da olduqca əlverişli imkanlarımız var. Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri beynəlxalq müstəvidə bizə yeni əməkdaşlıq və mübadilə imkanları təqdim edir. Bu gün universitetimizdə iyirmidən çox dil tədris olunur. Bu dillər arasında yapon dilinin xüsusi yeri var. Tələbələrimiz yapon dilinə, tarixinə, mədəniyyətinə böyük maraq göstərir. İstərdik ki, Yaponiyada fəaliyyət göstərən universitetlərin birində Azərbaycan dili və mədəniyyətini təmsil edən mərkəz də fəaliyyət göstərsin. Bu qarşılıqlı əməkdaşlıq baxımından olduqca əhəmiyyətli məna kəsb edir. Yaponiyada fəaliyyət göstərən universitetlərin birində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlaması ADU-da fəaliyyət göstərən Yapon Araşdırmaları Mərkəzi ilə həmin mərkəz arasında sıx əməkdaşlıq münasibətlərinin qurulmasına da münbit şərait yaratmış olar. İnanıram ki, tezliklə bu istiqamətdə sizin də dəstəyinizlə mühüm addımlar atılacaqdır”.
Xanım Yoşikava Yuumin səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Qeyd olunub ki, ölkələr arasında bir çox sahələrdə əməkdaşlıq imkanları yüksək dəyərləndirilir və həyata keçirilir. ADU ilə Yaponiyada fəaliyyət göstərən universitetlərdən biri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının önəmindən danışan qonaq elmi və mədəni mübadilənin mümkünlüyünü diqqətə çatdırıb.
Daha sonra qonaqlar ADU-da fəaliyyət göstərən Yaponiya Araşdırmalar Mərkəzi ilə tanış olublar. Yapon dilini öyrənən tələbələrlə söhbət edən xanım Yoşikava Yuumin xoş təəssüratlarını ifadə edib. Yapon dilinə və mədəniyyətinə olan maraqdan məmnun olan qonaqlar tələbələrin suallarını cavablandırıblar. Gələcəkdə Yaponiyada təhsil almaq istəyən tələbələrin arzu və təklifləri dinlənilib.
Tehsil-press.az