Gürcüstanın Azərbaycandakı səfiri ilə bağlı qərar ləğv edildi

Gürcüstanın Azərbaycandakı səfiri ilə bağlı qərar ləğv edildi Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzenin səlahiyyət müddəti 2025-ci ilin aprelin 1-dək uzadılıb.

Bununla bağlı Gürcüstanın baş naziri İrakli Kobaxidze fərman imzalayıb.

Sənədə əsasən, Z.Pataradze həmin tarixdən vəzifəsindən azad olunacaq. Fərman təsdiqlənməsi üçün prezidentə təqdim ediləcək.

Baş nazirin digər fərmanı ilə Z.Pataradzenin vəzifəsindən azad olunması haqqında hökumətin 26 avqust 2024-cü il tarixli fərmanı ləğv edilib.

Qeyd edək ki, Z.Pataradze 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiridir. Onun səlahiyyət müddəti 2025-ci ilin yanvarın 1-də başa çatacaqdı. Ləğv edilmiş fərmana əsasən, səfir vaxtından əvvəl tutduğu vəzifəsini tərk etməli idi.

Tehsil-press.az


Oxşar xəbərlər