BDU ilə Gürcüstan universitetləri arasında əlaqələrin perspektivləri müzakirə olunub

BDU ilə Gürcüstan universitetləri arasında əlaqələrin perspektivləri müzakirə olunub Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb.
Görüşdə rektor E.Babayev bildirib ki, Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində əlaqələr yüksələn xətlə inkişaf edir.
Rektor qonağa BDU-nun 103 illik zəngin tarixi, fəaliyyəti, strukturu, universitetdə həyata keçirilən tədris və elmi tədqiqatlar barədə ətraflı məlumat verib. Qeyd edilib ki, BDU Böyük Britaniyanın “Times Higher Education” (THE) jurnalı tərəfindən tərtib olunan və dünyanın ən nüfuzlu reytinqlərindən hesab edilən Dünya Universitetləri Reytinqində (THE World University Ranking) yer alan ali təhsil müəssisəsidir.
Elçin Babayev vurğulayıb ki, BDU-nun inkişaf strategiyasının əsas prioritetlərindən biri də beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsidir. Dost və qonşu Gürcüstanın ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması, ikili diplom proqramlarının imzalanması bu baxımdan maraq doğurur.
Səfir Zurab Pataradze iki dövlət arasında münasibətlərin inkişafında elm və təhsil sahəsində əlaqələrin önəmli rola malik olduğunu söyləyib. O, işğaldan azad olunan ərazilərdə aparılan geniş quruculuq işləri ilə yaxından tanış olduğunu, Şuşaya səfər etdiyini bildirib.
Sonra BDU və Gürcüstan universitetləri arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər