Ruhəngiz Qasımovanın qızı anasının ölüm səbəbini açıqladı

Ruhəngiz Qasımovanın qızı anasının ölüm səbəbini açıqladı “Oktyabrın 12-də Bakıda olmağı planlaşdırırıq”.
Bunu mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın qızı Canana Süleymanlı deyib.
Onun sözlərinə görə, Bakıdakı vida və dəfn mərasimin yeri barədə hələlik qərar verilməyib:
Ətraflı
“Vida mərasiminin vaxtı və dəfn yeri ilə bağlı məsələlər yəqin ki, sabah dəqiqləşəcək”.
Canana Süleymanlı Ruhəngiz xanımın vəfat səbəbindən də danışıb:
“On gün idi ki, xəstəxanada yatırdı. Anamda böyrək çatışmazlığı var idi. Amma onu da qeyd edim ki, atamın vəfatı ona çox təsir etmişdi. Atam üçün çox darıxırdı. Və mənə elə gəlir ki, anamın ürəyi partladı, dözmədi”.
Mərhum bəstəkar Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək. Artıq məzarın qazılması işləri tamamlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər