Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqdar tədbir keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqdar tədbir keçirilib. 2 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda (ARTPİ) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqdar tədbir keçirildi.
Seminarı giriş sözü ilə açan ARTPİ-nin direktor müavini, f.ü.f.d. Faiq Şahbazlı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şəxsiyyəti haqqında çıxış etdi. O, qeyd etdi ki, biz xoşbəxt insanlarıq ki, məhz belə bir tarixi şəxsiyyətlə eyni dövrdə yaşamış, onun bütün fəaliyyətini əyani olaraq müşahidə etmiş, həyat fəaliyyətini öz yaşam tərzimizdə canlandırmış və bunun müsbət nəticələrini görmüşük. Tarix Heydər Əliyev kimi fenomeni Azərbaycan xalqına gələcəyimizin xoşbəxt təminatçısı kimi bəxş etmişdir. Heydər Əliyev müasir, qüdrətli Azərbaycanımızın qurucusu və memarıdır. O, böyük və uzaqgörən dahinin düşüncələrindəki Azərbaycanın qüdrətinə hər bir vətəndaşımızda inam yaratdı. Dünyəvi, demokratik, açıq bir cəmiyyət qurmaqla Azərbaycanı dünyaya inteqrasiya etdirdi.
Sonra, ARTPİ-nin Təhsilin idarə edilməsi və iqtisadiyyatı şöbəsinin müdiri, professor Piralı Əliyevin məruzəsi dinlənildi.
Tədbirin maraqlı məqamlarından biri də, uzun illər ARTPİ-də çalışmış, Azərbaycan Təhsil Şurasının sədri, p.ü.e.d, professor Əjdər Ağayevin Ulu öndər Heydər Əliyevin təhsil sahəsində fəaliyyətini əks etdirən “Nəsillərə örnək insan” kitabının tədbir iştirakçılarına təqdim edilməsi oldu. Prof. Ə.Ağayev kitabın ərsəyə gəlməsi zərurətindən və onun məzmunundan danışdı.
Daha sonra ARTPİ-nin direktor müavini, p.ü.f.d. Ənvər Abbasov çıxış edərək ümummilli lider Heydə Əliyevin Azərbaycan təhsilində başladığı və bu gün də uğurla həyata keçirilən Təhsil İslahatının önəmli məqamlarına toxundu. O vurğuladı ki, təhsil dövlətin inkişafında ən önəmli sahələrdən biridir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil islahatı əbədi olaraq tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaqdır.
Tədbirdə institut əməkdaşlarından Rəsul Əsgərov, prof. İntiqam Cəbrayılov, prof.Vidadi Xəlilov, Fərid Süleymanlı və başqaları çıxış edərək Heydər Əliyev fenomeni haqda ən ülvi duyğularla zənginləşmiş fikirlərini iştirakçılara çatdırdılar.
Dahi şəxsiyyət Heydər Əliyev ənənələrinə sadiqlik nümunəsi olaraq seminarın yekununda ARTPİ-nin iki gənc əməkdaşı Nizami Məmmədovun və Lalə İmanovanın ərizələri əsasında Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmasına qərar verildi.

Azərbaycan Respublikası
Təhsil Problemləri İnstitutu


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqdar tədbir keçirilib.

Oxşar xəbərlər