Xarici borc 24 milyard lari təşkil edir | Gürcüstan kimə borcludur?

Xarici borc 24 milyard lari təşkil edir | Gürcüstan kimə borcludur? 2024-cü il 31 dekabr tarixinə olan məlumata görə, Gürcüstanın xarici dövlət borcu 24 milyard 106 milyon 855 min lari təşkil edir. Bunun 23 milyard 120 milyon 365 min larisi hökumətin xarici borcudur, 986 milyon 490 min larisi isə Gürcüstan Milli Bankının Beynəlxalq Valyuta Fondundan götürdüyü borcdur.

Bundan əlavə, 1 milyard 403 milyon 400 min lari dəyərində qiymətli kağızlar – Avrobondlar mövcuddur.

Beynəlxalq maliyyə institutlarından götürülən borcun ümumi həcmi 17 milyard laridən çoxdur. Gürcüstan hökumətinin ən böyük borc götürdüyü çoxtərəfli kreditor Asiya İnkişaf Bankıdır – 6 milyard 371 milyon 227 min lari. Dünya Bankının Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına (IBRD) olan borc 4 milyard 597 milyon 136 min lari təşkil edir.

Avropa İnvestisiya Bankına olan borc isə 3 milyard 29 milyon 409 min laridir.

İkitərəfli kreditorlar arasında Gürcüstan hökumətinin ən böyük borcu Fransa qarşısındadır – 2 milyard 150 milyon 253 min lari. Almaniyaya borc 1 milyard 565 milyon 237 min lari təşkil edir. Üçüncü yerdə Yaponiya dayanır – 330 milyon 670 min lari. Rusiyaya olan borc isə 22 milyon 88 min laridir.

Tehsil-press.az


Oxşar xəbərlər