Qardaşlar işə düzəlmək üçün Teymur adlı şəxsə cəmi 4500 manat pul veriblər.
Sahil və Şahin qardaşları Teymuru analarının tanışı olan Həqiqət adlı qadının vasitəsi ilə tanıyıblar. Həqiqət adlı qadın onlara deyib ki, o da oğlunun BP-yə işə düzəlməsi üçün Teymura müraciət edib.
Qardaşlar Teymurun istədiyi pulu vermək üçün maşınlarını satıblar. Lakin aylar, illər keçsə də, nə işə düzələ biliblər, nə də pulları geri qaytarılıb.
Məhkəmə törətdiyi əmələ görə özünü təqsirli bilən Teymur barəsində dələduzluq ittihamı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Tehsil-press.az