
Bu barədə BDU məlumat yayıb.
Qeyd edək ki, İ.Əliyev 1962-ci ildə Mingəçevir şəhərində anadan olub. 1969-1979-cu illərdə Mingəçevir şəhər 1 saylı orta məktəbdə, 1983-1988-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində təhsil alıb.
O, 1993-cü ildən BDU-nun İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi işləyib. 2015-ci ildən həmin kafedranın müdir müavini idi.
İlham Baxış oğlu Əliyevin tədqiqat sahəsi Azərbaycan və ingilis dillərində saytərkibli söz birləşmələri olub.
Tehsil-press.az