Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının 31 mart 2017-ci il tarixli qərarına əsasən universitetin Pedaqoji (ingilis dili və alman dili üzrə) və Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültələri birləşdirilərək onların bazasında Təhsil (pedaqoji) fakültəsi yaradılıb.
Qeyd edək ki, iki fakültənin birləşdirilməsində məqsəd təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, nəticəyönlü və şəffaf idarəetmə modelinin tətbiqinə nail olmaqdır.

ADU-nun Mətbuat Xidməti