GDU-nun “ÜTF və Texnologiya" Kafedrasında "Təhsildə yeni metod - STEAM” mövzusuna elmi seminar keçirilib

GDU-nun “ÜTF və Texnologiya Bu gün -14 fevral 2025-ci ildə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin “ÜTF və texnologiya” kafedrasında “Təhsildə yeni metod – STEAM” mövzusunda elmi seminar keçirilib.

Seminarı “ÜTF və texnologiya” kafedrasının müdiri, dosent E.M.Cavadov açaraq Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibova universitetdə yaradılmış elmi mühitə görə seminar iştirakçıları adından təşəkkürünü bildirib.

Seminarda iştirak edən Fizika və texniki fənlər fakültəsinin dekanı, professor Muğan Quliyev çıxış edərək təqdim olunmuş mövzunun aktuallığından söz açıb və universitetdə lazımi elmi mühitin yaradılmasında, müasir avadanlıqlarla təchiz olunmuş STEAM laboratoriyasının təşkilində rektor Yusif Yusibovun böyük əməyi olduğunu vurğulayıb.

“ÜTF və texnologiya” kafedrasının baş müəllimi Elçin Məmmədov təqdim olunmuş mövzuda çıxış etdi. O, bildirdi ki, dünya sürətlə dəyişir və kosmos ekosisteminə qədəm qoymaq üçün yeni imkanlar yaranır, qlobal miqyaslı innovasiyalar yaradılır. Bu sahədə STEAM-ın xüsusi yeri var və özündə elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat fənlərini birləşdirir.

Elçin Məmmədov STEAM metodu və onun üstünlükləri haqqında ətraflı məlumat verərək bildirdi ki, məqsəd texniki və təbiət fənlərinin tədrisində ənənəvi nəzəriyyə əzbərləmə üsullarından fərqli olaraq elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını real həyat problemlərinin həlli vasitəsilə, “Layihə əsaslı öyrənmə” ilə təhsil alanlara aşılamaqdır.

Elmi seminarda iştirak edən professor-müəllim heyəti onları maraqlandıran məsələlərlə bağlı məruzəçiyə suallar verdi. Məriuzəçi seminar iştirakşılarının suallarını cavablandırdı və qarşılıqlı fikir mübadiləsi aparıldı.

GDU-nun “ÜTF və Texnologiya" Kafedrasında "Təhsildə yeni metod - STEAM” mövzusuna elmi seminar keçirilib
GDU-nun “ÜTF və Texnologiya" Kafedrasında "Təhsildə yeni metod - STEAM” mövzusuna elmi seminar keçirilib
GDU-nun “ÜTF və Texnologiya" Kafedrasında "Təhsildə yeni metod - STEAM” mövzusuna elmi seminar keçirilib


Tehsil-press.az

Oxşar xəbərlər