Bakı Dövlət Universitetində (BDU) Coğrafiya fakültəsinin təşkilatçılığı ilə “Ali təhsildə onlayn təhsilin əhəmiyyəti və təkmilləşdirilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarda Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova koronavirus (COVID-19) pandemiyasının ictimai həyatda böyük dəyişikliklərə, təhsil müəssisələrində tədrisin müvəqqəti dayandırılmasına səbəb olmasına baxmayaraq, universitetin rəhbərliyi tərəfindən vaxtında görülən tədbirlər nəticəsində onlayn dərslər keçirildiyini və yay imtahan sessiyasının artıq uğurla başa çatmaq üzrə olduğunu qeyd edib. O, son illər fakültədə aparılan islahatlardan bəhs edib, cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətindən danışıb.
Sonra İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılovun “Ali təhsildə onlayn təhsilin əhəmiyyəti və təkmilləşdirilməsi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi pandemiya şəraitində tətbiq olunan distant və ənənəvi təhsil sistemlərini müqayisəli təhlil edib.
Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, koronavirus pandemiyasına görə universitetdə onlayn formatda konfranslar, elmi seminarlar, ustad dərsləri, müzakirələr və iclasların keçirilməsi artıq ənənəvi hal alıb. Coğrafiya fakültəsinin elmi uğurlarından danışan rektor innovativ yönümlü elmi-tədqiqat işlərinə diqqət çəkib.
Seminarda BDU-nun professor-müəllim heyəti, doktorantlar və tələbə-magistrantlarla yanaşı, Geologiya fakültəsinin dekanı Məhluqa Məmmədova, Hüquq fakültəsinin Kriminalistika kafedrasının müdiri, professor Kamil Səlimov və Türkiyənin Egey Universitetinin professorlarından Osman Fedrda Beytekn və Aydın İbrahimov da iştirak ediblər. Onlayn tədbirdə, həmçinin Türkiyə təhsil sistemində yaranan problemlərdən və onların həlli yollarından söz açılıb.
Sonda Coğrafiya fakültəsinin elmi işlər üzrə dekan müavini Mətanət Musayeva cari ilin birinci yarısı üzrə ümumi hesabatı təqdim edib.
Tehsil-press.az