UNEC-də “Kosmik çirklənmə” mövzusunda elmi seminar təşkil edilib

UNEC-də “Kosmik çirklənmə” mövzusunda elmi seminar təşkil edilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Kosmik çirklənmə” mövzusunda elmi seminar keçirilib.
Seminarda İqtisadiyyat fakültəsinin dekanı dosent Elçin Eyvazov mövzunun aktuallığından danışıb.
Sonra Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının müəllimi Firuzə Cəfərova “Kosmik çirklənmə” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi fəza çirklənməsi, kosmik tullantılar haqqında və problemin həlli istiqamətində aparılan işlər barədə iştirakçılara məlumat verib.
Seminarda mövzu ilə bağlı müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər