Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İqtisadi nəzəriyyə və marketinq kafedrasında elmi seminar keçirilib.
Seminarda Tikinti-iqtisad fakültəsinin dekanı dosent Rahad Qəribov, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müdiri dosent Asəf Ağayev, kafedranın əməkdaşları və doktorantlar iştirak ediblər.
Seminarda kafedranın müəllimi İsa Muradov “İşğaldan azad olunmuş regionlarda turizm inkişafının sosial-iqtisadi problemləri” mövzusunnda çıxış edib. İsa Muradov məruzəsində işğaldan azad olunmuş regionların zəngin iqtisadi potensialı, təbii sərvətləri, geniş turizm imkanları və s. kimi aktual məsələlərə toxunub.
Sonda elmi seminarda iştirak edən professor-müəllim heyəti məruzə ətrafında fikir mübadiləsi aparıblar. Məruzəçi tərəfindən seminar iştirakçılarının sualları cavablandırılıb.
Tehsil-press.az