Yeni tədris ilinə hazırlıq çərçivəsində STEAM təlimləri keçirilir

Yeni tədris ilinə hazırlıq çərçivəsində STEAM təlimləri keçirilir 2023/2024-cü tədris ilinə hazırlıq çərçivəsində STEAM təlimləri keçirilir. Təlimlərdə “STEAM Azərbaycan” layihəsi tətbiq olunan məktəblərin 7-8-ci siniflər üzrə müəllimləri iştirak edirlər.
Təhsilimizin qloballaşan dünyaya inteqrasiyasının prioritet sahə olduğunu nəzərə alaraq 2019-2020-ci tədris ilindən başlayaraq ölkəmizdə “STEAM Azərbaycan” layihəsi tətbiq olunur. Layihənin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığın inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmək qabiliyyətlərini yüksəltməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər