İlyas İsmayılov vəfat etdi

İlyas İsmayılov vəfat etdi Ədalət Partiyasının sədri, keçmiş ədliyyə naziri İlyas İsmayılov 87 yaşında vəfat edib.

Bu barədə Ədalət Patiyasının sədr müavini Elxan Şükürlü məlumat verib.

Xatırladaq ki, İ.İsmayılovun səhhətində uzun müddətir problemlər var idi. Partiya lideri insult keçirmiş, yanvarın 9-da xəstəxanaya yerləşdirilmişdi. O, yanvarın 21-də komaya düşmüşdü. Sabiq nazirin böyrəkləri də funksiyasını itirmişdi.

Qeyd edək ki, İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İ.İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edirdi.

Tehsil-press.az

Oxşar xəbərlər