İlyas İsmayılovla vida mərasimi keçirilir

İlyas İsmayılovla vida mərasimi keçirilir Ötən gün vəfat edən Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılovla vida mərasimi keçirilir.

Tehsil-press.az -ın "Unikal"a istinadən məlumatına görə, vida mərasimi Heydər məscidində təşkil olunub.

Mərasimdə mərhumun ailə üzvləri, keçmiş deputatlar və digər qonaqlar iştirak edir.

Mərhum vəsiyyətinə uyğun olaraq Nardaran qəbiristanlığında, oğlu Etimad İsmayılovun yanında dəfn ediləcək.

Qeyd edək ki, İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İ.İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.

İlyas İsmayılovla vida mərasimi keçirilir
İlyas İsmayılovla vida mərasimi keçirilir
İlyas İsmayılovla vida mərasimi keçirilir


Tehsil-press.az

Oxşar xəbərlər