
Jurnalın AGRIS, “Google Scholar”, “ResearchGate” kimi nüfuzlu elmi məlumat bazaları ilə yanaşı, EBSCO bazasına da daxil edilməsi onun elmi nüfuzunu daha da artırır, dərc olunan məqalələrin qlobal elmi auditoriyaya əlçatanlığını təmin etməklə istinad göstəricilərinin yüksəlməsinə, maksimum geniş istifadə edilməsinə şərait yaradır.
“Acta Botanica Caucasica” jurnalı həmçinin “Index Copernicus International” (ICI Journals Master List) bazasında indekslənmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və aqrar elmlər sahəsi üzrə tövsiyə edilən elmi nəşrlər siyahısına daxil edilib. Jurnalda dərc edilən bütün məqalələr “Digital Object Identifier” (DOI) sistemi vasitəsilə unikal rəqəmsal identifikatorla təmin olunur ki, bu da onların elmi dövriyyədə izlənməsi və istinad edilə bilməsini asanlaşdırır.
Tehsil-press.az