Azərbaycanda ən az əhalisi olan kəndlər – Siyahı

Azərbaycanda ən az əhalisi olan kəndlər – Siyahı Dahar, Keşxurd, Əlməkolu, Şələ – yəqin ki, böyük əksəriyyət bu kəndlərin adını eşitməyib. Onlar Azərbaycanda ən az əhali yaşayan kəndlərdən bir neçəsidir.

Bəs hazırda Azərbaycanda ən az əhalisi olan kəndlərin sayı neçədir?

Dövlət Statistika Komitəsindən bildirilib ki, əhalisi 5 nəfər və daha az olan 7 kənd var.

Belə ki, İsmayıllı rayonunun Gərzə və Pirəqanım kənlərində 1, Dahar və Keşxurd kəndlərinin hər birində 4, Neftçala rayonunun Kürdili kəndində 1, Qızqayıtlı kəndində 2, Ağsu rayonu Kövlüc kəndində 4, Xızı rayonunun Güneyqışlaq kəndində isə 5 nəfər yaşayır.

Əhali sayı az olan kəndlər aşağıdakılardır:

Xızı rayonunun Vərgah kəndi – 6 nəfər, Təzəkənd kəndi – 12 nəfər, Qızılqanza, Əmbizlər kəndləri – 13 nəfər;

Yardımlı rayonunun Şələ kəndi – 8 nəfər;

Daşkəsən rayonunun Çaykənd kəndi – 10 nəfər;

Siyəzən rayonunun Kolanı, Köhnə Quşçu kəndləri – 10 nəfər, Qərəh kəndi – 11 nəfər;

Yardımlı rayonunun Musa kəndi – 11 nəfər;

Ağsu rayonunun Kəndaxan kəndi – 13 nəfər;

Şabran rayonunun Qaraçaylı kəndi – 13 nəfər, Hacıisgəndərli kəndi – 14 nəfər, Nohurlar kəndi – 15 nəfər.

Tehsil-press.az

Oxşar xəbərlər