Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri pedaqoji və istehsalat təcrübəsinə başlayıblar.
Tələbələr 14 həftə ərzində Bakı şəhərində yerləşən məktəb və liseylərdə, özəl təhsil müəssisələrində təcrübə keçəcəklər. Pedaqoji ixtisaslarda təhsil alan sonuncu kurs tələbələrinə universitet tərəfindən ayrılmış müəllimlər və orta təhsil müəssisələrinin əməkdaşları rəhbərlik edəcək.
İstehsalat təcrübəsi keçən beynəlxalq münasibətlər və regionşünaslıq, tərcümə və filologiya fakültələrinin tələbələri eyni tarixlərdə dövlət və qeyri-dövlət təşkilatlarına, habelə İndoneziya, Pakistan, Meksika, Venesuela və Serbiyanın ölkəmizdə fəaliyyət göstərən səfirliklərinə göndəriliblər.
Qeyd edək ki, təcrübəyə hazırlıq mərhələsində bütün fakültələr üzrə tələbələrlə təcrübə rəhbərləri arasında görüşlər keçirilib, onlar üçün təlimlər təşkil olunub. Təcrübəçilərin təşkilatlarda fəaliyyəti ilə bağlı xüsusi göstərişlər verilib, təcrübə yerində nizam-intizam qaydalarına ciddi əməl olunması diqqətə çatdırılıb.
Eyni zamanda, pandemiya ilə bağlı tələblər bir daha tələbələrin diqqətinə çatdırılıb və bu tələblərə ciddi əməl olunması xüsusi vurğulanıb.
Tehsil-press.az