Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Teymur Quliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
O bildirib ki, şirkətin ortamüddətli hədəfləri var:
"Qarşıdakı hədəfləri 2030-cu ilə məşəldə rutin yandırmanın sıfıra endirilməsi, "Upstream" emissiyaları intensivliyinin 30 faiz azaldılması, 2035-ci ilə korporativ emissiya intensivliyinin 30 faiz azaldılması, ümumi emissiyaların 20 faiz azaldılması və 2050-ci ildə "xalis sıfır"a çatmaqdır. "Upstream" seqmentində sıfıra yaxın metan intensivliyi də hədəf götürülüb".
Tehsil-press.az