SOCAR alman şirkətinin Türkiyədəki payını ala bilər

SOCAR alman şirkətinin Türkiyədəki payını ala bilər Almaniyanın “EWE” enerji şirkəti 2007-ci ildən girdiyi Türkiyə bazarından çıxır.
"EWE”nin şəhərdaxili təbii qaz paylanmasını həyata keçirən “Bursagaz” və “Kayserigaz”dakı hissələrini satmaq üçün potensial alıcılarla görüşlərini demək olar ki, tamamlayıb.
Türkiyədə milyonlarla dollarlıq neft emalı zavodu və boru xətti yatırımları ilə tanınan Azərbaycanın dövlət neft şirkəti olan SOCAR satışa çıxarılan səhmlərin ən güclü alıcı namizədi olaraq bilinir. Enerji kulislərində bu hissələr üçün müzakirə olunan məbləğin 200-250 milyon dollar olduğu deyilir.

Tehsil-press.az

Oxşar xəbərlər