XXI ƏSR "BEYNALXALQ TƏHSİL VƏ İNNOVASİYA MƏRKƏZİ"
2001-ci ildə təsis edilmişdir və hal-hazırda Bakı şəhərinin ən qabaqcl tədris mərkəzlərindən biridir. Mərkəzin müasir standartlara cavab verən maddi-texniki bazası, lisenziyalara malik olması sabitliyə və etibarlığa zəmanət verir.
XXI ƏSR BTİM-in nəzdində uşaq bağçası, məktəbə hazırlıq şöbəsi və orta ümumi təhsil məktəbi günü uzadılmış iş rejimində fəaliyyət göstərir. Mərkəz həftənin 5 günü-saat 18:00-a qədər işləyir.
Mərkəzdə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. 15-ə yaxın ixtisaslaşdırılmış kurslar və dərnəklər fəaliyyət göstərir.
Mərkəzin şagirdləri 5-ci sinifdən etibarən seçimə görə fransız, alman və ya ispan dilləri kurslarında iştirak edə bilərlər.
XXI ƏSR BTİM-də aşağıdak xidmətlər fəaliyyət göstərir: psixoloji, iaişə, tibbi, mühafizə və təhlükəsizlik, hüquqi və s.
2003-cü ildən etibarən tədris prosesində müəllifi Moskva şəhərinin Lomonosov məktəbinin elmi rəhbəri və təsisçisi p.e.n. M.A.Ziqanov olan “İntellekt T” Təhsil Texnologiyası tətbiq edilir. Şagirdləri Beynəlxalq “İntellekt T” Olimpiadalarında uğurla iştirak edirlər.
2008-ci ildə XXI ƏSR BTİM Beynəlxalq Kembric ibtidai təhsil “CİPP” proqramının keçirilməsi haqqında lisenziya və orta təhsil üzrə Beynəlxalq “İGCSE” ümumi sertifikat almışdır. XXI ƏSR BTİM-də Kembric Beynəlxalq Mərkəzi AZ004 kodu altında fəaliyyət göstərir.
XXI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya MərkəzindəX-XI siniflərdə tədris təmayüllər üzrə aparılır.
Gələcəkdə təhsilini xaricdə davam etdirmək istəyən 10-11 sinif şagirdləri üçün ingilis dilində Beynəlxalq Bakalavriat Diplom Proqramı (“IB DP”) fəaliyyət göstərir.
2014-cü ildən Mərkəzimiz Kiber Təhsil sisteminə keçmişdir.
Musiqi, texnologiya, təsviri incəsənət və s. şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılmasına və dərinləşməsinə kömək edir.
Şagirdlərin qavrama, təfəkkür və yaradıcılığını nəzərə alaraq müəllimlər onlara yüksək peşəkarlıqla yanaşırlar.
Günün ikinci yarısında müstəqil hazırlıq dərsləri keçirilir. Tapşırıqların keyfiyyətli yerinə yetirilməsinə müəllim-assistentlər nəzarər edirlər.
Uşaqlar tədqiqat-layihə işlərində, bilik yarışmalarında, intellektual marafonlarda, müxtəlif tədbirlərdə, müsabiqələrdə, idman yarışlarında, konsertlərdə və s. iştirak edirlər.
Təhsil müddətində uşaqlar müxtəlif dərsdən kənar tədbirlərə cəlb olunurlar:
şəhər üzrə ekskursiya, yaxın və uzaq xarici səfərlər, muzeylər, teatrlar, nəbatət bağı və s.
Şagirdlərin təhlükəsizliyini qorumaq üçün dəhlizlərdə və mərkəzin həyətində müşahidə kameraları quraşdırılmışdır.
Ünvanımız belədir:
Bakı şəhəri, İnşaatçılar prospekti 98
Əlaqə tel: (012) 510-02-05; (012) 510-02-07