Vitse-prezident: Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün doğru seçimdir

Vitse-prezident: Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün doğru seçimdir İnanıram ki, biz Azərbaycan ilə birgə səylərimiz nəticəsində möhtəşəm bir idman bayramı keçirəcəyik.

Tehsil-press.az-ın məlumatına görə, bunu İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum bu gün Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan bu mötəbər tədbirin keçirilməsi üçün doğru seçimdir: "Biz bunu bir çox tədbirlərin, o cümlədən I Avropa Oyunlarının timsalında gördük. Biz bu işin öhdəsindən gəlmək üçün kifayət qədər təcrübəyə malikik".


Tehsil-press.az

Oxşar xəbərlər