
Bu barədə Daxil İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev məlumat verib.
"Martın 12-də saat 17:00-da Füzuli rayonu, Əhmədbəyli kənd sakini Qəhrəman Qurbanov idarə etdiyi VAZ-2115 markalı avtomobillə Daşburun-Yuxarı Qarabağ avtomobil yolunun Allahyarlı kəndi ərazisindən keçən 25-ci kilometrliyində hərəkətdə olarkən qarşıdan gələn Beyləqan rayon sakini Hüseyn Bəndalızadənin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Qəhrəman Qurbanovun sərnişini, Füzuli rayonu, Zobçuq qəsəbə sakini 1999-cu il təvəllüdlü Ravin Mübah oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır", - deyə Mübariz Ağayev məlumatda qeyd edib.
10:30
Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Martın 12-si saat 17:00-da Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə altı nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
2003-cü il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər dörd nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilən şəxslərin vəziyyəti stabil olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.
09:56
Beyləqanda altı nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Daşburun qəsəbəsində "Mercedes" markalı avtomobil VAZ-21015 markalı maşınla toqquşub.
Nəticədə altı nəfər müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Tehsil-press.az