Magistraturaya qəbul imtahanlarında ölkə birincisi olan Fidan Babayeva: "Əmin idim"

Magistraturaya qəbul imtahanlarında ölkə birincisi olan Fidan Babayeva: 16 fevral 2025-cü il tarixində keçirilmiş ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanından (I cəhd) yüksək nəticə göstərən Fidan Namiq qızı Babayeva təhsili kibertəhlükəsizlik ixtisası üzrə xaricdə davam etdirmək istəyir.

Bu barədə o açıqlamasında qeyd edib.

F.Babayeva bildirib ki, yüksək nəticə göstərəcəyindən həmişə əmin olub:

"Yüksək nəticə göstərəcəyimi düşünürdüm. Çox çalışırdım, sınaqlarda yaxşı nəticə göstərirdim, qəbul imtahanının özündə də yüksək bal toplayacağımdan əmin idim".

O, imtahanda 97.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.

2020-ci ildə 694 balla Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya Təhlükəsizliyi ixtisasına qəbul olan Fidan Babayeva Prezident təqaüdçüsüdür. Hazırda sözügedən universitetin 5-ci kurs tələbəsidir.

O, 2018-2019-cu illərdə Avropa Qızlar riyaziyyat olimpiadasında iştirak edib.

2018-ci ildə yeniyetmələrin Balkan Riyaziyyat olimpiadasında bürünc medal qazanıb.

2019-2020-ci illərdə Respublika fənn olimpiadalarında bürünc və gümüş medala layiq görülüb.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyini qızıl medalla bitirib.

O həm də, "SOCAR"ın Gənc İstedadlar proqramının iştirakçısı olub.

Tehsil-press.az

Oxşar xəbərlər