Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Dayanıqlı inkişaf: cəmiyyət və iqtisadiyyat” mövzusunda ali təhsil müəssisələri tələbələrinin III Respublika konfransı keçirilib.
Akademiyadan tehsil-press.az-a bildiriblər ki, tədbirdə AƏSMA-nın rektoru, professor Hüseyn Qaraşov ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, şəxsiyyətinin böyüklüyündən, ideyalarının əhəmiyyətindən danışıb.
Cəmiyyətdə təhsilin mühüm rolunu xatırladan rektor, ümummilli lider Heydər Əliyevin bu sahəyə daim xüsusi önəm verdiyini, dahi rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Azərbaycanın dinamik inkişaf etdiyini vurğulayan H.Qaraşov, ölkəmizdə gənclərə və onların təhsilinə böyük diqqət və qayğı göstərildiyini bildirib, tələbələrə tövsiyələrini verib.
Sonra ayrı-ayrı bölmələrdə məruzələr dinlənilib. Konfransda respublikanın 15 ali təhsil müəssisəsi və bir elmi tədqiqat institutundan 148 tələbə və mütəxəssis məruzə ilə çıxış edib. Məruzələr münsiflər heyəti tərəfindən qiymətləndirilib, hər bölmə üzrə ən yaxşı üç məruzəçi mükafatlandırılıb.
Tehsil-press.az