Gürcüstanın əhali sayı açıqlandı...

Gürcüstanın əhali sayı açıqlandı... 2025-ci il yanvarın 1-nə olan məlumata əsasən, ölkə əhalisinin sayı 3,7 milyon nəfər təşkil edir.

Bu barədə Milli Statistika Xidmətindən bildirilib.

Hesabat görə, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin sayında 9,9 min nəfər artım qeydə alınıb.

Bildirilir ki, ölkə əhalisinin 48%-ni kişilər, 52%-ni isə qadınlar təşkil edir. Kişilərin sayı 1 milyon 774,5 min nəfər, qadınların sayı isə 1 milyon 920,1 min nəfərə bərabərdir.

Yanvarın 1-nə əhalinin ümumi sayında 0-14 yaşlı əhali 19,2 faiz, əmək qabiliyyətli əhali (15-64 yaş qrupu) 64,2 faiz, 65 və yuxarı yaşda olan əhalinin sayı isə 16,6 faiz təşkil edir.

Qeyd olunur ki, əhalinin 61,5%-i şəhərlərdə, eyni zamanda üçdə bir hissəsi paytaxt Tbilisidə yaşayır.

Tehsil-press.az

Oxşar xəbərlər