Suriyada mühasirədə olan dinc əhaliyə hava körpüsü vasitəsilə yardım ediləcək

Suriyada mühasirədə olan dinc əhaliyə hava körpüsü vasitəsilə yardım ediləcək Mayın 17-də Vyanada Suriyaya Dəstək Beynəlxalq Qrupunun (ISSG) növbəti konfransı keçirilib. Konfransda BMT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası kimi beynəlxalq təşkilatların təmsilçiləri ilə yanaşı, 20-dən artıq dövlətin nümayəndələri iştirak ediblər.
Sayca beşinci dəfə təşkil olunan konfransın sonunda birgə bəyanat qəbul olunub.
Bəyanatda Suriyada vətəndaş müharibəsinə son qoymaq və siyasi nizamlanma prosesini təmin etmək məqsədilə BMT-nin vasitəçiliyi ilə Cenevrə danışıqlarının yenidən bərpa olunmasının, münaqişə regionuna humanitar yardımın gücləndirilməsinin vacibliyi qeyd edilib. Hökumət qüvvələrinin və ya qiyamçı qruplaşmalarının mühasirəyə aldığı yaşayış məntəqələrində dinc əhaliyə humanitar yardımların çatdırılması üçün hava körpüsünün yaradılması barədə razılıq əldə edilib. Bu məqsədlə Suriyaya Dəstək Beynəlxalq Qrupu BMT-yə mandat verib.
BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura isə Cenevrə danışıqlarının bərpa olunması üçün atəşkəsə əməl edilməsinin və mühasirədə olan ərazilərə humanitar yardımların çatdırılmasına şərait yaradılmasının vacibliyini vurğulayıb.


Tehsil-press.az

Oxşar xəbərlər