Təhsil Nazirliyi, British Council Azerbaijan və Bakcell şirkətinin birgə layihəsi olan "TOPs - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi" layihəsi çərçivəsində Bakı şəhərindəki T.Həsənov adına 23 saylı tam orta məktəbdə növbəti idman festivalı keçirilib.
Festivalda məktəbin ibtidai və yuxarı sinif şagirdləri müxtəlif idman növlərində və şən startlarda güclərini sınayıblar. Həmçinin, tədbirdə şagirdlər bədii-musiqili proqramla çıxış ediblər.
Təhsil Nazirliyi, British Council, Bakcell şirkəti və “İnkişaf Naminə İdman” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Ümumilikdə, Bakı və Sumqayıt şəhərlərinin 36 ümümi təhsil məktəbini əhatə edən layihədən 200-dən artıq fiziki tərbiyə müəllimi yararlanır. Layihənin icrası zamanı xüsusi təlimlərdən keçmiş fiziki tərbiyə müəllimlərinin fənnin tədris keyfiyyətinin yüksəldilməsi məqsədi ilə “Açıq dərs”lərinin izlənilməsinə başlanılıb. Eləcə də Fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyasının tətbiqi nəticəsində 35000-dən artıq şagird daha keyfiyyətli fiziki tərbiyə dərsindən və dərsdən kənar fəaliyyətlərdən faydalanır.
Tehsil-press.az