Konfrans çərçivəsində Türkiyənin müxtəlif ali təhsil müəssisələrindən və media subyektlərindən olan nümayəndələrin ustad dərsləri, Azərbaycan milli mətbuatının 150 illiyi çərçivəsində BDU-nun Jurnalistika fakültəsində "Milli mətbuat tarixi auditoriyası”nın açılışı, “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin və fakültə tərəfindən yeni təsis edilən “Media problemləri” jurnalının təqdimat mərasimləri təşkil ediləcək.
Ümumilikdə 300-ə yaxın məqalə və 100-ə yaxın tezisin qəbul olunduğu konfransda 100-dən artıq qonağın istirakı gözlənilir. Tədbir zamanı medianın müxtəlif istiqamətləri üzrə 19 canlı, 24-dək onlayn panel müzakirəsinin təşkili nəzərdə tutulub.
Tehsil-press.az