Bakı Dövlət Universitetində (BDU) Türkiyənin Üsküdar Universitetinin rektoru Nazife Güngör ilə görüş olub.
Rektor Elçin Babayev Üsküdar Universiteti ilə ötən il imzalanan akademik əməkdaşlıq protokolunun hər iki təhsil müəssisəsinin inkişafına fayda verdiyini qeyd edib. O, əməkdaşlığın təhsil, elmi tədqiqat sahələrini, birgə elmi seminar və konfransların keçirilməsini əhatə etdiyini diqqətə çatdırıb, xüsusilə jurnalistika üzrə magistratura səviyyəsində yaxın zamanlarda ikili diplom proqramının imzalanmasının vacibliyini bildirib. Rektor digər sahələr üzrə də əməkdaşlıq imkanlarının olduğunu xatırladıb, iki universitetin elmin populyarlaşdırılması üçün birgə elmi-kütləvi jurnal nəşr etdirməsinin mümkünlüyünü bildirib.
Üsküdar Universitetinin rektoru Nazife Güngör BDU ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb. O, Üsküdar Universitetinin jurnalistika ilə bağlı hər il ənənəvi beynəlxalq simpozium keçirdiyini deyib, gələn il ilk dəfə olaraq novbəti simpoziumun BDU ilə birgə Azərbaycanda keçirilməsini təklif edib.
Tehsil-press.az