Şura əməkdaşlarının BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü olmuşdur

Şura əməkdaşlarının BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü olmuşdur Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Şura əməkdaşlarının BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü olub.
Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bu görüşün əhəmiyyətini, audiovizual media və onun tənzimləməsi məsələlərinin tələbələr arasında böyük maraq doğuran mövzu olmasını, bu sahədə daha çox məlumat əldə etməyin zəruriliyini vurğulayıb.
Daha sonra Şura aparatının rəhbəri Fazil Novruzov Azərbaycan Respublikası Audiovizual Şurasının öz fəaliyyətində BDU tələbələri ilə sıx kommunikasiyaya böyük önəm verdiyini, jurnalistika ixtisası üzrə təhsil olan gənclərdə audiovizual media tənzimlənməsi üzrə məlumatlılığın artırılmasına səy göstərilməsini qeyd edib. Audiovizual Şuranın hüquq xidmətinin əməkdaşları Ayxan Sadıqlı və Kamran Əliyev "Azərbaycanda audiovizual media və onun tənzimlənməsi" mövzusunda geniş təqdimatla çıxış ediblər.
Təqdimatdan sonra mövzu və audiovizual medianın tənzimlənməsi üzrə tələbələri maraqlandıran digər məsələlərlə bağlı suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər