Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində yeniyetmələrdə hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə “Sən qalib gələcəksən” mövzusunda tədbir keçirilib.
Rayon icra hakimiyyətindən tehsil-press.az-a bildiriblər ki, əvvəlcə Mərkəzin foyesində hərbi-vətənpərvərlik mövzusunda rəsmlərin canlı olaraq çəkilməsinə baxılıb, sonra mahnı-şeir kompozisiyası dinlənilib.
Heydər Əliyev Mərkəzinin internet klubunda növbəti dəfə rayonun fəal şagirdləri tərəfindən beynəlxalq təşkilatların, aparıcı dövlətlərin parlament üzvlərinin, nüfuzlu media nümayəndələrinin elektron ünvanlarına Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qeyri-şərtsiz tərk etmələri tələbi ilə müraciətlər göndərilib.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbiri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri ilə açaraq, bugünkü gənclərin də onun kimi Vətənini sevməsinin önəmli olmasını qeyd edib. Bildirib ki, hərbi-vətənpərvərlik tərbiyəsi bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olub. Bu, min illərlə möhkəmləndirilmiş ülvi hissdir. Bu hiss insanın öz doğma Vətəninə hədsiz məhəbbət bəsləməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Vətənpərvərlik hissi doğma torpağa və yaxınlarına bağlılıqdan, onları xarici və daxili düşmənlərdən qorumaqdan başlayaraq, bütün qüvvə və qabiliyyətini Vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər yüksəlir.
Hazırkı dövrdə Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsi daha mühüm əhəmiyyət kəsb edir. Çünki neçə illərdir ki, hiyləgər və məkrli düşmənlərimiz olan ermənilər xalqımıza qarşı qəsbkarlıq müharibəsi aparırlar. Belə bir düşmənə qarşı ləyaqətlə mübarizə aparan gənclərdə inamın, vətənpərvərlik hisslərinin tərbiyə edilməsi ən zəruri məsələ kimi qarşıda durur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Novruz Rəhimov bildirib ki, hərbi-vətənpərvərlik tərbiyəsi - Vətənə məhəbbət, öz xalqına hörmət, vətənin düşmənlərinə nifrət, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizə bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olub. Vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur.
Tədbirin sonunda Emil Abbasov bir daha qeyd edib ki, bəşəriyyət tarixində hər xalq ölkəsinin sosial-iqtisadi və siyasi inkişaf şəraitindən asılı olaraq hərbi bədən tərbiyəsi sistemini yaradır, gənc nəslin hərbi biliklərə yiyələnməsinə nail olur. Bu baxımdan müasir dövrdə hərbi xidmət gənclərin, həm gənc, həm də vətəndaş kimi formalaşmasında vacib şərtdir. Gəncləri hərbi xidmət keçməyə təşviq etmək üçün bütün imkanlardan istifadə etmək günün, zamanın tələbidir. Hərbi xidmət gənclər üçün bir həyat məktəbidir.
Tehsil-press.az