Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan qoşunlarının bütün təmas xətti boyunca mövqelərimizə və mülki əhalinin məşkunlaşdığı kənd və qəsəbələrə ağır silahlardan atəş açması dünya ictimaiyyəti tərəfindən pislənilir.
Tehsil-press.az-a\a daxil olan məlumata görə, bununla əlaqədar Almaniyanın CDU partiyasından olan parlament üzvü, CDU/CSU koalisiyasının daxili işlər üzrə mətbuat katibi Stefan Mayer Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq açıqlama verib.
Açıqlamada bildirilir ki, günahsız insanlar arasında çoxlu sayda itkilərin qarşısını almaq üçün bütün zorakılıq halları birmənalı şəkildə pislənilməlidir. Cənubi Qafqazda sabitliyin davamlı xarakter daşıması çox vacibdir və bu, Almaniya və Avropanın strateji maraqları kontekstində prioritet təşkil edir. Xüsusilə hazırkı hərbi münaqişə kontekstində mən, beynəlxalq ictimaiyyətdən və ATƏT-in Minsk Qrupundan sülh həll yoluna nail olmalarını səbirsizliklə gözləyirəm. Təbii olaraq bu həll yolu beynəlxalq hüququ və, xüsusilə, Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrini əks etdirməlidir.
Tehsil-press.az