BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İstanbul Gedik Universitetinin tədqiqat imkanları ilə tanış olub

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İstanbul Gedik Universitetinin tədqiqat imkanları ilə tanış olub Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov Türkiyənin İstanbul Gedik Universitetində olub.

Səfərin məqsədi İstanbul Gedik Universitetinin mühəndislik istiqamətindəki tədris və tədqiqat potensialı haqqında ətraflı məlumat əldə etmək, Texnologiya Transfer Ofisinin fəaliyyəti ilə tanış olmaqdır.

Səfər çərçivəsində İlyas Nəsibov İstanbul Gedik Universitetinin Texnologiya Transfer Ofisinin müdiri Engin Açıkalın, Mexatronika mühəndisliyi kafedrasının müdiri Egemen Sulukanla görüşüb. Görüşdə BDU əməkdaşı Universitetin tarixi, fakültələri, laboratoriyaları, tədqiqat mərkəzləri, dünya reytinq siyahılarında yeri, son illərdə texnologiya və startap yarışmalarında qazandığı uğurları haqqında məlumat verib, Texnologiya Transfer Ofisinin tələbələrə yaratdığı iş imkanları ilə tanış olub.

Qeyd edək ki, İstanbul Gedik Universiteti 1963-cü ildən fəaliyyət göstərən “Gedik Holding” tərəfindən yaradılıb. Müxtəlif təyinatlı sənaye və laboratoriya cihazlarının istehsalı ilə məşğul olan şirkət hazırda 140 növdən artıq məhsul istehsal edərək, dünya ölkələrinə satış həyata keçirir. Şirkətə aid istehsalat müəssisələrində İstanbul Gedik Universitetinin tələbələri öz ixtisaslarına uyğun təcrübəkeçmə proqramına daxil edilir,  tələbəlik illərindən işlə təmin olunurlar.

Tehsil-press.az

Oxşar xəbərlər