![İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub](https://azertag.az/files/2024/1/1200x630/17074021835466330125_1200x630.jpg)
Rektor Vilayət Vəliyev AzTU və İTU arasında uzunmüddətli əməkdaşlığı qeyd edərək birgə tədris və tədqiqat layihələrinin, xüsusilə sənayeyönümlü təlim proqramlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
İTU-da həyata keçirilən təlim proqramları barədə ətraflı məlumat verən qonaqlar bu proqramların universitet-sənaye əməkdaşlığının gücləndirilməsinə xidmət etdiyini bildiriblər.
Görüşdə universitetlərdə sənayeyönümlü birgə təlim proqramlarının, habelə müxtəlif sənaye sahələri üçün konsaltinq xidmətlərinin təşkili məsələləri müzakirə olunub.
Tehsil-press.az