Azərbaycan Texniki və İstanbul universitetləri əməkdaşlığa başlayıb

Azərbaycan Texniki və İstanbul universitetləri əməkdaşlığa başlayıb Türkiyənin İstanbul Universitetinin rektoru Mahmut Ak Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olub.
Səfər çərçivəsində AzTU ilə İstanbul Universiteti arasında əməkdaşlıq haqqında protokolun imzalanması mərasimi keçirilib.
Görüşdə iki universitet arasında əməkdaşlığın perspektivləri və imzalanacaq protokolun nəticələri barədə fikir mübadiləsi aparılıb.
Daha sonra iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq protokolu imzalanıb.
Protokola əsasən, tərəflər tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları və birgə tədqiqat işlərinin həyata keçirilməsi, akademik və elmi sahələrdə tədrisdənkənar fəaliyyətlərin təşkili istiqamətində əməkdaşlıq edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər