ADNSU İstanbul Gedik Universiteti ilə əməkdaşlıq edəcək

ADNSU İstanbul Gedik Universiteti ilə əməkdaşlıq edəcək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə İstanbul Gedik Universiteti arasında əməkdaşlığa dair anlaşma protokolu imzalanıb.
Sənədi ADNSU-nun rektoru professor Mustafa Babanlı və Gedik Universitetinin rektoru professor Ahmet Kesik imzalayıblar.
Əməkdaşlıq protokoluna görə hər iki universitetin “Erasmus” mübadilə proqramı çərçivəsində müştərək fəaliyyəti, süni intellekt, materialşünaslıq mühəndisliyi, mexanika mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi ixtisasları üzrə müəllim və tələbə mübadiləsinin təşkili, birgə elmi tədqiqatların aparılması və digər məsələlər razılaşdırılıb.
İmzalanma mərasimində, eyni zamanda, Gedik Universitetinin də daxil olduğu “Gedik Holdinq” şirkətinin Neftçala rayonundakı elektrik istehsalı müəssisəsində, Bakı şəhərindəki qaynaq mərkəzində ADNSU tələbələrinin təcrübə keçməsinə şəraitin yaradılması, eləcə də tələbələr üçün qaynaq üzrə sertifikatlı kursların təşkil edilməsi barədə razılıq əldə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər