Moskva Bakıya qarşı hücum planı hazırlayır: İki hədəf seçilib

Moskva Bakıya qarşı hücum planı hazırlayır: İki hədəf seçilib Rusiyanın Ukraynadan aldığı zərbələr onu ciddi şəkildə sarsıdıb. Hazırda Moskva-Bakı münasibətlərində gərginlik müşahidə olunur. Üstəlik, ötən həftə Ukraynanın xarici işlər naziri Bakıya səfər edib və burada isti qarşılanıb, o cümlədən prezident səviyyəsində onun ölkəsi ilə bağlı pozitiv mesajlar verilib. Maraqlıdır ki, həmin səfərdən qısa müddət sonra Kiyev tərəfindən Rusiyaya qarşı növbəti hücum həyata keçirilib.

Bütün bu hadisələr fonunda Kremlin Azərbaycana münasibətdə hansısa arzuolunmaz planlar hazırlaması ehtimalı gündəmə gələ bilərmi? Rusiya bu situasiyanı bəhanə gətirərək ölkəmizə qarşı hər hansı formada təzyiq və ya təxribat xarakterli addımlar ata bilərmi?

Politoloq Sultan Zahidov bildirib ki, Rusiya-Ukrayna müharibəsi gərgin mərhələdədir:

“Ukraynanın son əməliyyatının ardınca Rusiyanın cavab tədbirləri görəcəyi ehtimal olunur. Lakin bu kontekstdə Azərbaycanın hədəf alınacağını düşünmürəm. Hazırda əsas diqqət məhz Ukrayna üzərində cəmlənib. Rusiyanın çəkindirici gücü zəiflədiyi üçün rəsmi Kiyevə qarşı hansısa addım atmaq məcburiyyətindədir. Azərbaycanla Rusiya arasında münasibətlər isə, Kremlin siyasəti səbəbindən, dekabrdan bu yana müəyyən qədər soyuyub. AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra Rusiya nə rəsmi şəkildə üzr istədi, nə də hadisəyə görə məsul şəxsləri cəzalandırdı. Mövcud mərhələdə isə Kreml Azərbaycana qarşı hər hansı təxribat xarakterli addım ataraq böyük riskə getmək istəməz. Eyni zamanda, Türkiyə kimi müttəfiqimizin mövcudluğu da nəzərə alınmalıdır. Bu baxımdan, Şuşa Bəyannaməsini xatırlatmaq yerinə düşər”.

Politoloqun sözlərinə görə, Rusiyanın Azərbaycana qarşı hər hansı addımı post-sovet məkanında onun nüfuzunun daha da azalmasına gətirib çıxara bilər:

“Belə bir vəziyyətdə digər ölkələr də Kremlə arxa çevirərək Qərb və ya Çin yönümlü siyasətə üstünlük verə bilərlər. Rusiya daha çox iqtisadi təzyiq üsullarından istifadə edir. Keçmişdə də Azərbaycanla olan ticarət əlaqələrinə müəyyən məhdudiyyətlər tətbiq etməyə çalışıb. Xüsusilə kənd təsərrüfatı sahəsində ciddi əməkdaşlığımız var və bu sahədə müəyyən addımlar atıla bilər. Həmçinin, Rusiyada fəaliyyət göstərən azərbaycanlı diaspor nümayəndələri və biznes dairələri də müxtəlif vasitələrlə təzyiqlərə məruz qala bilərlər”.

Tehsil-press.az

Oxşar xəbərlər