AB planlı müharibəyə hazırlaşır - Le Pen

AB planlı müharibəyə hazırlaşır - Le Pen Avropa Birliyi şərq cəbhəsində planlı müharibə layihəsi üzərində işləyir.

Bu barədə Fransa parlamentindəki sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen deyib.

“Avropa Birliyi bizə sülh vəd etmişdi, amma indi bütün enerjisini planlı müharibə layihəsinə yönəldib. Bunu deməliyəm: bu gün Avropa Parlamentindəki bütün tematik komissiyalar aktiv, patoloji şəkildə şərqdə müharibəyə hazırlaşmaqla məşğuldur. Biz, qan tökülməsinin qiymətini bilən avropalılar müharibə istəmirik. Biz əsgərlərlə oynayan liderlər istəmirik!” - Le Pen bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər