Almaniyanın müdafiə naziri Boris Pistorius Avropada müharibə təhlükəsinin olduğunu bildirib. Bu barədə o, ZDF telekanalına məlumat verib.Pistorius Yaxın Şərqdəki kimi böhranlar qarşısında cəmiyyəti “yeni mentalitet”ə çağırıb.
“Biz Avropada müharibə təhlükəsinin ola biləcəyi fikrinə yenidən öyrəşməliyik”, - Müdafiə Nazirliyinin rəhbəri deyir. Almaniya özünü müdafiə etməyə hazır olmalıdır, dedi.
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, biz müharibəyə hazır olmalıyıq.
Eyni zamanda, nazir əmin edib ki, Almaniya Yaxın Şərqdə daha da gərginliyin qarşısını almaq üçün əlindən gələni edəcək.
Almaniya kansleri Olaf Şolz daha əvvəl Fələstinin Həmas qruplaşmasının İsrailə hücumunu pisləmiş və bu ölkəyə dəstək verdiyini bildirmişdi.
Avropa Şurasının prezidenti Çarlz Mişel də öz növbəsində İsraillə HƏMAS arasında müharibənin Avropaya yeni qeyri-qanuni miqrant axınına səbəb ola biləcəyini istisna etməyib.
Tehsil-press.az