Azərbaycanlı biznesmenin villasını sökürlər - Fotolar

Azərbaycanlı biznesmenin villasını sökürlər - Fotolar Türkiyədə fəaliyyət göstərən və bir müddət əvvəl ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın İstanbuldakı bəzi obyektlərinin söküntüsünə başlanılıb.

Tehsil-press.az Lent.az-a istinadən xəbər verir ki, R.Zərrabın İstanbulun Kandilli bölgəsində, dəniz sahilində yerləşən nəhəng villasını sökmək üçün İstanbul bələdiyyəsinin texnikası əraziyə gəlib. Lakin ərazidəki tikililərin çox kiçik hissəsi sökülüb.
Bildirilir ki, Kandillidəki Köşk adlanan ərazidə biznesmenə məxsus olan villalar qanunların tələbləri pozulmaqla inşa edilib. Bununla bağlı Mərmərə Memarlıq Bürosu da rəy verib.
Türkiyədəki əsas müxalifət partiyası olan CHP-nin nümayəndələri R.Zərrabın həmin ərazidə İstanbulun bələdiyyə sədri Kadir Topbaşın himayəsi ilə qanunsuz tikililər inşa etdsiyini və söküntünün də onun müdaxiləsi ilə dayandırıldığını bəyan edib.


Azərbaycanlı biznesmenin villasını sökürlər - FotolarAzərbaycanlı biznesmenin villasını sökürlər - FotolarAzərbaycanlı biznesmenin villasını sökürlər - Fotolar

Tehsil-press.az

Oxşar xəbərlər