
ABŞ-ın ən böyük geosiyasi rəqibi və İrandan ən çox neft alan ölkə Çin İran-İsrail müharibəsi ilə bağlı çox tənqidi açıqlama verib.
Çin bildirib ki, onlar İsrail-İran münaqişəsinin gərginləşməsini seyr etməyəcəklər. Digər tərəfdən, Çin müharibə başlayandan sonra bu yaxınlarda İrana 3 yük təyyarəsi göndərmişdi. Yük təyyarələrinin hərbi texnika daşıdığı güman edilir.
Digər tərəfdən, Çin ABŞ prezidenti Donald Trampın “İran lideri Əli Xamneyini hələlik aradan götürməyəcəklər” bəyanatına və İranı qeyd-şərtsiz təslim olmağa çağırmasına cavab olaraq Vaşinqton administrasiyasını İsrail üzərində xüsusi təsirə malik ölkə kimi məsuliyyətli davranmağa çağırıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirilən mətbuat konfransında Trampın Truth Social sosial media platformasında paylaşdığı mesajla bağlı sualı cavablandırıb.
Çinin İran və İsrail arasında davam edən gərginlikdən dərin narahat olduğunu ifadə edən sözçü Quo, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə zidd olaraq bir ölkənin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasının əleyhinə olduqlarını ifadə edib.
ABŞ prezidenti Tramp "Truth Social" hesabındakı paylaşımında İran lideri Xamneyi haqqında "Onun harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir. Biz onu ən azından indilik yox etməyəcəyik" deyib.
Digər tərəfdən Çin, İsrailin İrana hücumları və İranın cavab tədbirləri səbəbiylə gərginliyin artması və təhlükəsizlik vəziyyətini pisləşdirən İran və İsraildəki vətəndaşlarını təxliyə etdiyini açıqlayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirdiyi mətbuat konfransında bildirib ki, Çinin Tehrandakı səfirliyi və onun İrandakı konsulluqları qonşu ölkələrin köməyi ilə İrandakı 791 Çin vətəndaşını təhlükəsiz bölgələrə köçürüb.
Tehsil-press.az