Putindən İranın vurulmasına reaksiya

Putindən İranın vurulmasına reaksiya Rusiya prezidenti Vladimir Putin İrana zərbələri heç bir əsası olmayan səbəbsiz təcavüz kimi qiymətləndirib.

Bu barədə TASS məlumat yayıb.

"Bu, İrana qarşı tamamilə əsassız təcavüzdür və heç bir əsası yoxdur", - Rusiya lideri bildirib.

Putin Rusiya ilə İranın etibarlı əlaqələrinə diqqət çəkərək, "İran xalqına kömək etmək üçün səy göstəririk", deyə bildirib.

Bundan əvvəl Putin Kremldə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşü barədə məlumat yayılıb. Bildirilir ki, danışıqlarda ABŞ və İsrailin İrana zərbələrindən sonra Yaxın Şərqdə və dünyada baş verən vəziyyət müzakirə olunacaq.

İyunun 22-də ABŞ İranın üç nüvə obyektinə hücum edib. "Biz İrandakı üç nüvə obyektinə - Fordo, Natanz və İsfahana çox uğurlu hücumumuzu başa çatdırdıq", - ABŞ prezidenti Donald Tramp bildirib.

Bundan öncə Rusiyanın İrana yardım edib,etməyəcəyi sualına cavab verilmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər